satellite   Azerspace-1: 11135 H 30000

Overçuk: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar davam edir

Overçuk: Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar davam edir

Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlar davam edir.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini, Cənubi Qafqazda regional kommunikasiyaların açılması ilə bağlı yaradılmış üçtərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında vəziyyətin gərginləşməsi bu fəaliyyətə mənfi təsir göstərir.

"Təbii ki, hər hansı bir gərginlik həmişə işimizə mənfi təsir göstərir, onları ləngidir və vaxt keçir, biz yenidən qayıdıb işimizə davam edirik. Danışıqlar dayandırılmayıb, davam edir", - deyə Overçuk qeyd edib.

O əlavə edib ki, danışıqların növbəti mərhələsi “şərtlər yetişəndə” baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM