satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Departamenti: "Qarabağdakı qondarma seçkiləri tanımırıq"

Dövlət Departamenti: "Qarabağdakı qondarma seçkiləri tanımırıq"

ABŞ-nin Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi “seçkilər”i tanımadığını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.

“Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımırıq. Beləliklə, oradakı qondarma prezident seçkilərinin nəticələrini tanımırıq”, - sözçü qeyd edib.

Diplomat həmçinin Vaşinqtonun Bakı ilə İrəvan arasında birbaşa dialoqu dəstəklədiyini xatırladıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM