satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Pakistan arasında hərbi əlaqələr müzakirə olunub

Azərbaycan və Pakistan arasında hərbi əlaqələr müzakirə olunub

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadov Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşüb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə diplomat “X”-də paylaşım edib.

“Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı, aviasiya marşalı Zahir Əhməd Babar Sidhu ilə görüşməkdən şadam. Biz Azərbaycan və Pakistan arasında münasibətlərin hazırkı səviyyəsini və ikitərəfli əlaqələrimizin, xüsusən də hərbi və hərbi-texniki sahədə daha da möhkəmləndirilməsi yolları barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM