satellite   Azerspace-1: 11135 H 30000

Nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz Zərdabda dəfn edilib - FOTOLAR

Nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz Zərdabda dəfn edilib<font color=red> - FOTOLAR</font> Nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz Zərdabda dəfn edilib<font color=red> - FOTOLAR</font> Nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz Zərdabda dəfn edilib<font color=red> - FOTOLAR</font> Nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz Zərdabda dəfn edilib<font color=red> - FOTOLAR</font>

Sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçi Əliyev Taleh Saleh oğlu doğulduğu Zərdab rayonunda dəfn edilib.

Naxçıvan televiziyası xəbər verir ki, vida mərasimində hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Əliyev Taleh Saleh oğlunun nəşi Dövlət Himninin sədaları altında Zərdab rayonu Gödəkqobu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə hərbçinin tabutuna sarılmış üçrəngli bayrağı onun atasına təqdim edib.

Müddətdən artıq hərbi xidmət qulluqçusu Taleh Əliyev evli idi, iki qız övladı var.

Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM