satellite   Azerspace-1: 11135 H 30000

Növbədənkənar Prezident seçkilərinin texniki təminatı üzrə yaradılmış İşçi qrupunun ilk iclası keçirilib

Növbədənkənar Prezident seçkilərinin texniki təminatı üzrə yaradılmış İşçi qrupunun ilk iclası keçirilib

Gələn il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) etibarlı və dayanıqlı texniki vasitələr ilə təmin edilməsi üzrə yaradılmış XRİTDX, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Seçki Komissiyası, “Delta Telecom” LTD, “Ultel” MMC və R.İ.S.K. şirkətinin nümayəndələrindən ibarət olan işçi qrupunun ilk iclası keçirilib.

Naxçıvan televiziyası XRİTDX-nin yaydığı məlumata istinadən xəbər verir ki, müzakirələrdə Mərkəzi Seçki Kommisiyası tərəfindən müəyyən ediləcək siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması məsələlərinə baxılıb.

İclasda seçkilər ilə əlaqədar müvafiq tədbirlərin görülməsi və mütəmadi müzakirələrin keçirilməsi qərara alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM