satellite   Azerspace-1: 11135 H 30000

Çin orbitə bir neçə peyk göndərib

Çin orbitə bir neçə peyk göndərib

Çin atmosfer mühitini öyrənmək və müşahidə etmək üçün orbitə peyklər qrupu göndərib.

Naxçıvan televiziyası xəbər verir ki, “Yunhai-2 02” peyklərini orbitə aparan “Böyük yürüş-2D” (Long March-2D) daşıyıcı raketinin buraxılışı ölkənin şimal-qərbindəki Ciuçüen peyk buraxılış mərkəzində günorta saatlarında baş tutub. “Çin kosmos elmləri və texnologiyaları” korporasiyası peyklərin planlaşdırılan orbitə daxil olduğunu açıqlayıb.

“Yunhai-2” seriyasından 2-ci mərhələnin peykləri atmosfer mühitinin müəyyənləşdirilməsi, kosmosun monitorinqi, təbii fəlakətlərin nəticələrinə qarşı mübarizə və elmi məqsədlər üçün istifadə olunacaq.

Qeyd edək ki, bu, “Böyük yürüş” seriyasından 513-cü raket buraxılış olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM