satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı cüzi artıb

Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı cüzi artıb

Bu ilin yanvar-iyun aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 504 kiberhücum indikatoru (IOC) müəyyən edib.

NTV-nin Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 % çoxdur.

Kibertəhdidlərin 198-i daxili araşdırma, 306-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyunda isə 51 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 61 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 262,92 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12 milyon 366 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 61 482 zərərverici tərkibli elektron sənəd blok edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM