satellite   Azerspace-1: 11135 H 30000

SOCAR-ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb

SOCAR-ın prezidenti Özbəkistanın energetika naziri ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamahmudov və “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.

SOCAR-dan NTV-yə bildirilib ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu qeyd edilib.

Söhbət zamanı SOCAR ilə “Uzbekneftegaz” arasındakı əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib, şirkətlərin həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq etdiyi vurğulanıb.

Görüşdə gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu xüsusda, şirkətlərin əməkdaşlığı çərçivəsində Özbəkistanın Üstyurt regionunda geoloji-kəşfiyyat işlərinin həyata keçirilməsinə dair layihə üzrə önəmli razılıqların əldə edildiyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM