satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan şirkəti Özbəkistanla əsas sahələrdə birgə investisiya layihələri barədə razılaşıb

Azərbaycan şirkəti Özbəkistanla əsas sahələrdə birgə investisiya layihələri barədə razılaşıb

Bakıda Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi ilə Azərbaycan "NEQSOL Holding" şirkəti arasında saziş imzalanıb.

Bu barədə NTV Özbəkistan İnvestisiya, Sənaye və Ticarət Nazirliyinə istinadən xəbər verir.

Sənəd tikinti materiallarının istehsalı, geologiya və dağ-mədən sənayesi, telekommunikasiya infrastrukturunun inkişafı, energetika və "yaşıl enerji", kimya sənayesi, rəqəmsal texnologiyalar və innovativ startaplar kimi prioritet sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsini nəzərdə tutur.

Tərəflər layihələrin birgə tədqiqi, məlumat mübadiləsi və Özbəkistan tərəfindən əlverişli investisiya şəraitinin yaradılması üçün dəstək göstərilməsi barədə razılığa gəliblər.

“NEQSOL Holding” 10-dan çox ölkədə aktivləri olan, sənaye, rəqəmsallaşdırma və şəhər infrastrukturunun inkişafı sahələrində ixtisaslaşan beynəlxalq holdinqdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM