satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan diplomatları xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini müzakirə ediblər

Azərbaycan diplomatları xaricdə yaşayan azərbaycanlıların hüquqlarının qorunması məsələsini müzakirə ediblər

Bakıda “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Milli həmrəyliyin gücləndirilməsi: diaspor fəaliyyəti və konsulluq məsələləri” ətrafında yeddinci panel keçirilib.

NTV  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial media hesabında məlumat yayıb.

Bildirilib ki, panel müzakirə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərovun əsas natiqlər qismində iştirakı ilə baş tutub.

Tədbir çərçivəsində ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, onların hüquqlarının qorunması, zəruri konsulluq xidmətləri ilə təmini, böhran vəziyyətlərində təxliyə məsələləri və digər aidiyyəti məsələlər ətrafında müzakirələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM