satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə edib - FOTOLAR

Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Gürcüstanla qaz tədarükünün genişləndirilməsini müzakirə edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan və Gürcüstan arasında təbii qaz tədarükü üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

NTV  xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşdə enerji sahəsində strateji tərəfdaşlığımıza, o cümlədən qaz tədarükü, Yaşıl Enerji Dəhlizi, elektrik enerjisinin ixracı və tranzit imkanları üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr apardıq. Cari ilin ilk 5 ayında Gürcüstana 1,6 milyard kubmetr qaz tədarük olunub. Enerji sahəsindəki birgə təşəbbüslərimiz regionun enerji təhlükəsizliyinə mühüm töhfə verir”,- deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM