satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib - FOTOLAR

Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Baş naziri Əli Əsədov Türkmənbaşı şəhərinə işgüzar səfəri zamanı gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Gürcüstanın Baş nazirinə çatdırıb. İrakli Kobaxidze də, öz növbəsində, Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM