satellite   Azerspace-1: 11135 H 30000

İrakli Kobaxidze Ermənistan Prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

İrakli Kobaxidze Ermənistan Prezidenti ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT konfransı çərçivəsində Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyanla görüşüb.

NTV xəbər verir ki, məlumatı Gürcüstan Hökumət Administrasiyası yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlıq, müxtəlif sahələrdə mövcud əməkdaşlıq və Cənubi Qafqaz regionunda baş verən proseslər müzakirə olunub.

Tərəflər regionda sülh və sabitliyin təmin edilməsinin xüsusi əhəmiyyətini vurğulayıblar.

İrakli Kobaxidze Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasına dair birgə bəyanatın bölgədə sabitlik baxımından mühüm addım olduğunu qeyd edib. O, Gürcüstan hökumətinin dialoqu təşviq etməyə və regionda davamlı sülhün bərqərar olunmasına töhfə verməyə hazır olduğunu bir daha bəyan edib.

Görüşdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili və Hökumət Administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM