satellite   Azerspace-1: 11135 H 30000

Gürcü və azərbaycanlı gənclər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

Gürcü və azərbaycanlı gənclər arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Gürcüstana səfəri çərçivəsində bu ölkənin təhsil və elm naziri Givi Mikanadze ilə görüşüb.

NTV xəbər verir ki, görüşdə gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi perspektivlərindən söhbət açılıb.

İki ölkənin gəncləri arasında əlaqələrin gücləndirilməsi, birgə layihələrin həyata keçirilməsi müzakirə olunub.

Tərəflər gürcü və azərbaycanlı gənclər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycan Gənclər və İdman Nazirliyinin gənclər şöbəsinin müdiri Ramil Cabarov, həmçinin səfirliyin müşaviri Kamal Xəlilov iştirak ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Rusiya atəşkəs elan edib

22:31 04.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM