satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstan mediası: Ağ Evdə tarixi sülh — Ermənistan və Azərbaycan yeni səhifəyə qədəm qoydu - FOTOLAR

Yunanıstan mediası: Ağ Evdə tarixi sülh — Ermənistan və Azərbaycan yeni səhifəyə qədəm qoydu<font color=red> - FOTOLAR</font> Yunanıstan mediası: Ağ Evdə tarixi sülh — Ermənistan və Azərbaycan yeni səhifəyə qədəm qoydu<font color=red> - FOTOLAR</font> Yunanıstan mediası: Ağ Evdə tarixi sülh — Ermənistan və Azərbaycan yeni səhifəyə qədəm qoydu<font color=red> - FOTOLAR</font>

Yunanıstanın nüfuzlu media orqanları Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan Birgə Bəyannaməni geniş işıqlandırıb.

NTV-nin  xəbərinə görə, “Naftikachronika” nəşri yazır ki, “Şəhadətli razılaşmada tərəflər münaqişəyə tamamilə son qoyacaq, ticarət və diplomatik əlaqələri bərpa edəcək, suverenlik və ərazi bütövlüyünü qarşılıqlı tanıyacaqlarını bəyan ediblər”. Bu addımın “Ağ Evdə tarixi sülh sənədi” imzalamaqla nəticələndiyi vurğulanır. Məqalədə həmçinin sülh prosesində Trampın roluna görə Nobel Sülh Mükafatına layiq görmək ideyası qeyd olunur.

“Tanea” xəbər portalına görə isə Tramp Vaşinqton görüşünün “Sülhü yekunlaşdırdığını” təsdiqləyib və liderlərin sammitə qarşılıqlı inam atmosferində qatıldığı qeyd olunub.

“Business Daily” nəşri qeyd edir ki, bu görüş “dörd onillik münaqişəyə son qoyan” və Moskvanın bölgədəki təsirini şüurla azaltmağa yönəlik strateji addım kimi qəbul edilir.

“Capital.gr” saytı, “CNN Greece” televiziyası və digər media qurumları da Vaşinqton razılaşmasını işıqlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM