satellite   Azerspace-1: 11135 H 30000

Monteneqro Baş nazirinin müavini: Azərbaycanla Ermənistan arasında Sülh sazişi davamlı regional sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfədir

Monteneqro Baş nazirinin müavini: Azərbaycanla Ermənistan arasında Sülh sazişi davamlı regional sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfədir

Monteneqro Azərbaycan ilə Ermənistan arasında Sülh sazişinin paraflanmasını alqışlayır.

NTV verir ki, bu barədə Monteneqro Baş nazirinin xarici və Avropa məsələləri üzrə müavini Filip İvanoviç X sosial şəbəkəsindəki paylaşımında bildirib.

“Monteneqro ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını alqışlayır. Bu, sülhün, eləcə də davamlı regional sabitliyin və rifahın təmin edilməsinə mühüm töhfədir. Azərbaycan, ABŞ və Ermənistan liderlərini təbrik edirik”, - deyə Baş nazirin müavini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM