satellite   Azerspace-1: 11135 H 30000

BMT Baş katibi Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannaməni alqışlayıb

BMT Baş katibi Azərbaycan, ABŞ və Ermənistan liderlərinin imzaladığı Birgə Bəyannaməni alqışlayıb

BMT Baş katib Antonio Quterreş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampla birgə imzaladığı Birgə Bəyannaməni Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında mühüm mərhələ kimi alqışlayır.

NTV-nin məlumatına görə, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin bəyanatında deyilir.

Bildirilir ki, Baş katib Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın davamlı dialoq və etimadın yaradılmasına sadiqliyini alqışlayır və Prezident Trampın tərəqqiyə kömək etmək səylərini tanıyır. “Baş katib Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün bütün səylərə Birləşmiş Millətlər Təşkilatının güclü dəstəyini bir daha təsdiqləyir”,- deyə bəyanatda vurğulanır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM