satellite   Azerspace-1: 11135 H 30000

Moldova mediası Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya geniş yer ayırıb

Moldova mediası Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaya geniş yer ayırıb

Moldovanın nüfuzlu media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçirilən görüşü və əldə olunan mühüm razılaşmaya geniş diqqət ayırıb.

NTV xəbər verir ki, “Noi.md”, “Point.md”, “Newsmaker.md” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan ilə Ermənistan arasında münaqişənin həlli ilə bağlı bəyannamənin əhəmiyyətinə xüsusi yer verilib. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Birgə Bəyannaməni imzalamalarının çoxillik münaqişəyə son qoyduğu və regionda əməkdaşlıq üçün yeni imkanlar açdığı qeyd edilib.

Məqalələrdə, həmçinin Moldova Prezident Maya Sandunun X sosial şəbəkəsində razılaşmaya dəstək fikirləri də yer alıb. Sandu bildirib ki, Ermənistan və Azərbaycan arasında razılaşma onilliklər boyu davam edən düşmənçiliyə son qoymaq yolunda mühüm addımdır. Moldova Prezidenti Bakının və İrə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM