satellite   Azerspace-1: 11135 H 30000

ABŞ və Cənubi Koreya arasında avqustun 25-də Vaşinqtonda sammit keçiriləcək

ABŞ və Cənubi Koreya arasında avqustun 25-də Vaşinqtonda sammit keçiriləcək

ABŞ prezidenti Donald Tramp və Cənubi Koreya prezidenti Li Çje Menin iştirakı ilə avqustun 25-də Vaşinqtonda iki ölkə arasında sammit keçiriləcək.

 

NTV-nin   Cənubi Koreya liderinin administrasiyasına istinadən verdiyi məlumata görə, tərəflər təhlükəsizlik məsələlərini, eləcə də yüksək texnologiyalı sənaye sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.

Prezidentin mətbuat katibi Kan Yu Çjon bildirib ki, Li Çje Menin ABŞ-yə səfəri avqustun 24-dən 26-dək baş tutacaq. Bu, onun iyunun əvvəlində vəzifəyə gəldikdən sonra ABŞ-a ilk səfəri olacaq.

Görüşdə liderlərin avqustun əvvəlində imzalanmış ticarət sazişi çərçivəsində strateji müttəfiqliyin inkişafına, həmçinin yarımkeçiricilər, akkumulyatorlar və gəmiqayırma sahələrində sənaye əməkdaşlığına toxunacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM