satellite   Azerspace-1: 11135 H 30000

CHP sədri barəsində Ankara prokurorluğunda araşdırmalara başlanılıb

CHP sədri barəsində Ankara prokurorluğunda araşdırmalara başlanılıb

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl barəsində araşdırmalara başlanılıb.

NTV xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, partiya sədrinin Prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlətməsi ilə bağlı Ankara prokurorluğunda araşdırmalara başlanılıb.

"CHP sədrinin hörmətsiz ifadələri 86 milyon vətəndaşımızın iradəsinə açıq hücumdur. Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi nalayiq dil artıq sadəcə üslub məsələsi deyil, siyasi nəzakəti aşıb. Millətimiz bir daha əvvəllər olduğu kimi, böhtan siyasəti ilə məşğul olanlara yol verməyəcək", - nazir yazıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM