satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan və Özbəkistan Azərbaycanın iştirakı ilə "yaşıl enerji" dəhlizinin statusunu müzakirə edib

Qazaxıstan və Özbəkistan Azərbaycanın iştirakı ilə "yaşıl enerji" dəhlizinin statusunu müzakirə edib

Qazaxıstan və Özbəkistan "Azərbaycan-Mərkəzi Asiya" yaşıl enerji dəhlizinin statusunu müzakirə edib.

NTV Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Yerlan Akkenjenovun Özbəkistanın Qazaxıstandakı səfiri Baxtiyor İbrahimovla görüşü zamanı müzakirə olunub.

"Azərbaycanla birlikdə Xəzər dənizi üzərindən "Yaşıl Enerji Dəhlizi"nin yaradılması layihəsinin statusu nəzərdən keçirilib, 1 iyul 2025-ci il tarixində "Yaşıl Dəhliz Birliyi" birgə müəssisəsinin təsis edilməsi bu layihənin həyata keçirilməsində praktiki addım olub", - nazirliyin məlumatında deyilir.

Görüş iştirakçıları birgə enerji təşəbbüslərinin operativ qaydada irəliləməsi üçün aidiyyatı qurumlar səviyyəsində aktiv dialoqu dəstəkləməyə hazır olduqlarını vurğulayıb, neft-qaz sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu və qaz nəqli sistemlərinin sabit işini qeyd ediblər. Xüsusilə 2025-ci ilin 7 ayı ərzində Özbəkistan ərazisindən 921,7 milyon kubmetr Qazaxıstan qazı nəql edilib.

Xəzər dənizi üzərindən "Azərbaycan-Mərkəzi Asiya" enerji kabeli "yaşıl enerji"nin nəqli üçün Qara və Xəzər dənizləri vasitəsilə Mərkəzi Asiyadan Avropaya enerji körpüsünün tikintisi layihəsinin tərkib hissəsi olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM