satellite   Azerspace-1: 11135 H 30000

Cənubi Koreya Prezidenti: Şimali Koreyanın siyasi sisteminə hörmətlə yanaşacağıq

Cənubi Koreya Prezidenti: Şimali Koreyanın siyasi sisteminə hörmətlə yanaşacağıq

Cənubi Koreya Prezidenti Li Çje Myon cümə günü verdiyi bəyanatda Şimali Koreyanın siyasi sisteminə hörmət edəcəyini və yarımadanı vahid dövlətdə birləşdirməyə çalışmayacağını bildirib. Eyni zamanda, gərginliyi azaltmaq və 2018-ci il hərbi müqaviləsini bərpa etmək üçün addımlar atılacaq.

NTV  Yonhap agentliyinə istinadla xəbər verir ki, Koreya yarımadasının Yaponiyanın 1910-1945-ci illərdəki müstəmləkə idarəçiliyindən azad edilməsinin 80-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən Prezident Şimali Koreyaya sülh jesti edib. O, yarımadanın nüvə silahlı olmayan əraziyə çevrilməsi ilə bağlı fikirlərini də açıqlayıb

Onun sözlərinə görə, Cənubi Koreya təsadüfi toqquşmaların qarşısını almaq və etimad mühiti yaratmaq üçün 2018-ci ildə hərbi gərginliyin azaldılması paktını bərpa etmək istiqamətində düşünülmüş mərhələli addımlar atacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:15 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM