satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Kiyevə edilən hava hücumuna görə dünyanın reaksiyasını gözləyirik

Zelenski: Kiyevə edilən hava hücumuna görə dünyanın reaksiyasını gözləyirik

“Hazırda Kiyevdə Rusiyanın hava zərbəsindən sonra yaşayış binasının dağıntıları təmizlənir. Təəssüf ki, səkkiz nəfərin öldüyü məlumdur. Onların arasında bir uşaq da var”.

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində yazıb.

“Dağıntılar altında insanlar ola bilər. Rusiyanın bu raketləri, hücum pilotsuz uçuş aparatları aylardır atəşkəs və real diplomatiya çağırışı edən hər kəsə açıq cavabdır. Rusiya danışıqlar masası üzərində ballistikanı seçir. Başverənlərə Çinin reaksiyasını gözləyirik. Çin dəfələrlə atəşkəsə və müharibəni genişləndirməməyə çağırıb. Biz Macarıstanın reaksiyasını gözləyirik. Uşaqların ölümü daha böyük emosiyalar doğurmalıdır. Biz dünyada sülhə çağıran hər kəsdən reaksiya gözləyirik”, - deyə Zelenski əlavə edib.

Zelenski bildirib ki, Rusiyaya qarşı yeni sərt sanksiyaların vaxtıdır. Ukrayna lideri deyib ki, Rusiya bu müharibənin hər zərbəsinə, hər gününə görə öz məsuliyyətini hiss etməlidir.

Qeyd edək ki, Rusiya ordusu avqustun 28-ə keçən gecədən başlayaraq, Kiyevə kütləvi dron və raket zərbələri endirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM