satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim edib - FOTOLAR

Azərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim edib<font color=red> - FOTOLAR</font> Azərbaycan səfiri etimadnaməsini Venesuela Prezidentinə təqdim edib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasındakı səfiri Ruslan Rzayev etimadnaməsini bu ölkənin Prezidenti Nikolas Maduroya təqdim edib.

Səfirlikdən NTV  bildirilib ki, Venesuela Prezidenti ilə söhbət zamanı səfir R.Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını ona çatdırıb.

Dövlətimizin başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti öz növbəsində onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

N.Maduro Azərbaycana həyata keçirdiyi səfərləri məmnunluqla xatırlayaraq, səmimi qonaqpərvərliyə görə dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib.

Görüşdə, həmçinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, eyni zamanda, iqtisadi, ticari, enerji, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM