satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb - FOTOLAR

Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb<font color=red> - FOTOLAR</font> Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb<font color=red> - FOTOLAR</font> Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb<font color=red> - FOTOLAR</font>

Ukraynanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb.

NTV xəbər verir ki, “RBK-Ukrayna”, “Korrespondent” “Gordon” və digər xəbər portallarında nəşr edilən məqalələrdə Azərbaycan Prezidentinin müxtəlif mövzularda fikirləri qeyd edilib.

Prezident İlham Əliyevə istinadla bildirilib ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir.

Məqalələrdə dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirləri də işıqlandırılıb. Qeyd olunur ki, məhz SSRİ-nin fəaliyyəti nəticəsində Azərbaycan ərazisinin bir hissəsini itirib. Sovet İttifaqı Qərbi Zəngəzuru 1920-ci ildə Azərbaycandan alaraq Ermənistana verdiyi üçün Naxçıvan bölgəsi anklav olub.

Ukrayna mediasında, həmçinin Prezident İlham Əliyevin Vaşinqtona səfəri və Trampla görüşü barədə də fikirləri dərc edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM