satellite   Azerspace-1: 11135 H 30000

Tacikistan və Qazaxıstan arasında əməkdaşlıq müqaviləsi imzalanıb

 Tacikistan və Qazaxıstan arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Tacikistan və Qazaxıstan XXI əsrdə Mərkəzi Asiyanın inkişafı məqsədilə dostluq, mehriban qonşuluq və əməkdaşlıq müqaviləsi imzalayıblar.

Bu barədə NTV Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Sənədi Tacikistan Prezidenti Emoməli Rəhmon və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu imzalayıblar.

Tacikistana səfəri çərçivəsində Murat Nurtleu bu ölkənin Prezidenti Emoməli Rəhmonla görüşüb.

İki ölkə arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlıq məsələləri, həmçinin parlamentlərarası dialoqun inkişaf perspektivləri nəzərdən keçirilib. Bundan əlavə, MDB sammitinə və Düşənbədə keçiriləcək "Mərkəzi Asiya - Rusiya" formatında görüşə hazırlıq müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM