satellite   Azerspace-1: 11135 H 30000

Selçuk Bayraktar: Artıq Türkiyə müdafiə sənayesi gəmilərdəki hərbi mexanizmi də istehsal edir

Selçuk Bayraktar: Artıq Türkiyə müdafiə sənayesi gəmilərdəki hərbi mexanizmi də istehsal edir

Artıq Türkiyə müdafiə sənayesi gəmilərdəki hərbi mexanizmi də istehsal edir.

NTV xəbər verir ki, bunu "Baykar" şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktar "TEKNOFEST - Mavi Vatan" çərçivəsində "Haber Global"a açıqlamasında deyib.

O, nümayiş etdirilən gəmilər barədə də geniş məlumat verib:

"Gəmilərdəki hərbi sistem və mexanizmin Türkiyədə istehsal edilməsi gəminin özünün hazırlanmasından da vacib bir məsələdir".

S.Bayraktar həmçinin vurğulayıb ki, hazırkı festival Türkiyənin hərbi dəniz qüvvələrinin milli güc və imkanlarının nümayişini həyata keçirir: 

"Sentyabrın 17-21-də İstanbul Atatürk Hava Limanında ənənəvi olaraq"TEKNOFEST" keçirləcək".

Xatırladaq ki, "TEKNOFEST - Mavi Vatan" avqustun 31-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM