satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı olub

Ərdoğan və Şahbaz Şərif arasında telefon danışığı olub

Türkiyə Pakistana ölkənin müxtəlif bölgələrində son günlərdə müşahidə olunan daşqınların nəticələrinin aradan qaldırılmasında kömək etməyə hazırdır.

NTV-nin  məlumatına görə, bu barədə Pakistan Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığının nəticələrinə dair "X" sosial şəbəkəsində yazıb.

Ş.Şərif qeyd edib ki, Ərdoğan Türkiyənin xilasetmə əməliyyatlarında kömək göstərməyə hazır olduğunu təsdiqləyib: "Pakistan xalqı türk xalqının dəstəyini həmişə xatırlayacaq".

Tərəflər, həmçinin iki dövlət arasında əlaqələri gücləndirmək niyyətini təsdiqləyiblər.

Ş.Şərif əlavə edib ki, Çində keçiriləcək ŞƏT sammitində Türkiyə Prezidenti ilə görüşü səbirsizliklə gözləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM