satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb - YENİLƏNİB

Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb<font color='red'> - YENİLƏNİB</font>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib.

NTV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov, Türkiyənin milli müdafiə naziri Yaşar Güler və digər rəsmi şəxslər qarşıladılar.

10:30

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb.

NTV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, Türkiyə lideri 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda keçiriləcək mərasimdə iştirak edəcək.

Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyev və mərasimə qatılacaq Pakistanın Baş naziri Şahbaz Şəriflə ikitərəfli görüş keçirəcəyi nəzərdə tutulur.

Görüşlərdə regional və qlobal məsələlərin müzakirəsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM