Qazaxıstanın müdafiə naziri Dauren Kosanov II Qarabağ müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Bakıya gəlib.
NTV xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel sosial şəbəkələrdə yazıb.
"Bir neçə dəqiqədən sonra Bakıda hərbi parad başlayacaq. Qazaxıstanın müdafiə naziri paradda iştirak etmək üçün xüsusi olaraq gəlib. Qardaş Azərbaycanı Zəfər Günü münasibətilə ürəkdən təbrik edirik! Bütün şəhidlərin məkanı cənnət olsun", - o yazıb.
