satellite   Azerspace-1: 11135 H 30000

Prezident Ərdoğan: Türkiyə qlobal gücə çevrilmə yolunda inamla irəliləyir

Prezident Ərdoğan: Türkiyə qlobal gücə çevrilmə yolunda inamla irəliləyir

Türkiyə qlobal güc mənbəyinə çevrilmə yolunda inamlı addımlarını davam etdirir.

NTV  xəbər verir ki, bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikanın banisi və ilk Prezidenti, görkəmli dövlət xadimi Mustafa Kamal Atatürkün vəfatının 87-ci ildönümü münasibətilə Ankaradakı “Anıtkabır” mavzoleyində Qonaqların Şərəf Kitabına yazdığı qeyddə yer alıb.

Türkiyə lideri vurğulayıb ki, ölkənin bugünkü nəsli Atatürkün vəsiyyətlərinə sadiq qalmaqda davam edir. “Ölkəmizin hər bir guşəsində yeni layihə və proqramlar həyata keçirilir”, – deyə Prezident Ərdoğan yazıb.

Mustafa Kamal Atatürkün və onun silahdaşlarının xatirəsi Ankaradakı mavzoleydə qardaş ölkənin dövlət rəsmiləri, müxtəlif siyasi qüvvələrin nümayəndələri, hərbçilər və ictimaiyyət tərəfindən ehtiramla yad olunur.

Saat 09:05-də (Atatürkün İstanbuldakı “Dolmabahçe” sarayında vəfat etdiyi dəqiq vaxt) bütün ölkə üzrə bir dəqiqəlik sükut elan edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM