satellite   Azerspace-1: 11135 H 30000

Ağ Evdə ABŞ və Suriya prezidentləri arasında qapalı görüş keçirilir

Ağ Evdə ABŞ və Suriya prezidentləri arasında qapalı görüş keçirilir

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla Suriya Prezidenti Əhməd Əl-Şara arasında qapalı görüş keçirilir.

NTV-nin məlumatına görə, bu, Suriyanın 1946-cı ildə müstəqillik qazanmasından bəri liderinin Vaşinqtona ilk rəsmi səfəridir. İki prezidentin Suriyanın böyük bir hissəsinə hələ də nəzarət edən kürd fraksiyalarının inteqrasiyası da daxil olmaqla bir neçə məsələni müzakirə edəcəyi gözlənilir. Əl-Şara, həmçinin Trampdan Suriyaya qarşı sanksiyaları aradan qaldırmasını istəyəcək. ABŞ Prezidenti isə Suriyanı Abraham sazişini imzalayan ölkələr qrupuna əlavə etməyi hədəfləyir.

Görüş zamanı Suriyanın İŞİD-ə qarşı vuruşan ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya rəsmi olaraq qoşulmasının müzakirə ediləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM