satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb - FOTOLAR

Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb<font color=red> - FOTOLAR</font> Azərbaycan və Botsvana arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb<font color=red> - FOTOLAR</font>

Nyu-Yorkda Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Tofiq Musayev və Botsvana Respublikasının BMT yanında daimi nümayəndəsi Çarlz Masole tərəfindən iki dövlət arasında diplomatik münasibətlərin qurulması ilə bağlı Birgə Kommünike imzalanıb.

NTG-nin məlumatına görə, Birgə Kommünikedə Azərbaycan ilə Botsvana ölkələri və xalqları arasında qarşılıqlı anlaşmanı və əməldaşlığı təşviq etmək niyyəti ifadə olunur.

Sənəddə, həmçinin vurğulanır ki, hər iki dövlətin hökumətləri diplomatik əlaqələrin qurulmasında BMT Nizamnaməsini və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini, xüsusən də dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və onların daxili işlərinə qarışmamaq prinsipini əsas tuturlar.

Daimi nümayəndələr, həmçinin Birgə Kommünikenin BMT sənədi kimi yayılması üçün qurumun Baş katibinə məktub ünvanlayıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM