satellite   Azerspace-1: 11135 H 30000

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb

Rusiya və Qazaxıstan hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb

Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Kremlin Böyük Sarayının Malaxit foyesində iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıblar.

 

NTV xəbər verir ki, mərasimdə Moskva və Astana arasında bütün sahələrdə ikitərəfli əlaqələrin fəal inkişaf etdiyi qeyd olunub.

 

Danışıqlar zamanı tərəflər Rusiya qazının Qazaxıstana, o cümlədən ölkənin şimal və şərq bölgələrinə tədarükünün genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

 

Rusiya Prezidenti, həmçinin bildirib ki, “Bayterek” birgə layihəsi çərçivəsində raketdaşıyıcının ilk buraxılışı bu ilin sonuna qədər planlaşdırılıb. Bundan əlavə, hər iki ölkə nadir torpaq metalları sahəsində əməkdaşlığın fəallaşdırılması imkanlarını da nəzərdən keçirir.

 

Qazaxıstan Prezidenti vurğulayıb ki, iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə dair imzalanmış Bəyannamə tarixi əhəmiyyətə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM