satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Qambiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib - FOTOLAR

Azərbaycan və Qambiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Qambiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Qambiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Qambiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Qambiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font> Azərbaycan və Qambiya arasında əməkdaşlığın perspektivləri müzakirə edilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi Qambiya Universitetinə mümkün dəstək göstərə bilər və Qambiya tərəfinin bu xüsusda təklifləri nəzərdən keçirilə bilər.

NTV xəbər verir ki, bu məsələ Azərbaycanın Mərakeşdə və Qambiyadakı səfiri Nazim Səmədovun Qambiyaya səfəri zamanı həmin universitetdə keçirdiyi görüşdə müzakirə olunub.

Görüşlərdə Qambiyada Azərbaycanla bağlı məlumatlılıq səviyyəsinin artırılması, iki ölkənin media nümayəndələri arasında təmasların genişləndirilməsi və qambiyalı jurnalistlərin Azərbaycana tanışlıq səfərlərinin təşkilinin zəruriliyi vurğulanıb. Eyni zamanda, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar sahələrdə əlaqələrin mövcud durumu və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın dərinləşdirilməsi və gələcəkdə birgə layihələrin reallaşdırılması məsələləri müzakirə edilib.

Bundan başqa, görüşlərdə parlamentlərarası münasibətlərə toxunulub, iki ölkənin ali qanunvericilik orqanlarında dostluq qruplarının yaradılmasının parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verə biləcəyi qeyd olunub.

Səfər zamanı Qambiya Milli Assambleyasının sədri Fabakari Tombonq Jatta, sədrin müavini Siidi Njie, Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə yaşayan Qambiyalılar Nazirliyinin Daimi Katibi, səfir Labu Yanq, Gənclər və İdman naziri Bakari Badjie, paytaxt Banjul şəhərinin meri Rohey Malik Loue və digər rəsmi şəxslərlə görüşlər keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM