satellite   Azerspace-1: 11135 H 30000

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası olub - FOTOLAR

Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası olub<font color=red> - FOTOLAR</font> Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası olub<font color=red> - FOTOLAR</font> Cenevrədə Xəzər dənizi ilə bağlı yaradılmış xüsusi qrupun ikinci iclası olub<font color=red> - FOTOLAR</font>

Dekabrın 18-19-da Cenevrədə Xəzəryanı dövlətlərin ətraf mühit nazirlərinin qərarı ilə “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Katibliyinin təşkili üzrə sənəd layihələrinin hazırlanması məqsədilə yaradılmış xüsusi qrupun ikinci iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NTV-yə  verilən məlumata görə, Konvensiyanın müvəqqəti Katibliyi kimi fəaliyyət göstərən BMT-nin ətraf Mühit Proqramının Avropa Regional Ofisi tərəfindən təşkil olunan görüşdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov rəhbərlik edib.

Azərbaycan tərəfinin sədrliyi ilə keçirilən iclasda Konvensiyanın Katibliyinin təşkili üzrə konseptual əsasların müzakirəsi davam etdirilib.

Tərəflər Katibliyin Xəzər dənizi regionunda yerləşdirilməsinin institusional mexanizmlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində, Konvensiyanın müvəqqəti Katibliyi Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı Fəaliyyət Planı layihəsinin müzakirələrinin gedişatı barədə tərəflərə məlumat verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM