satellite   Azerspace-1: 11135 H 30000

Makron: ÜST sammiti 2026-cı ilin aprelində Lion şəhərində keçiriləcək

Makron: ÜST sammiti 2026-cı ilin aprelində Lion şəhərində keçiriləcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sammiti bu ilin aprel ayında Lion şəhərində keçiriləcək.

NTV-nin məlumatına görə, bunu Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında fransız səfirləri ilə keçirilən müşavirədə bildirib.

"ÜST-nin təzyiq və təhdidlərə məruz qaldığı bir vaxtda onun gücləndirilməsi, həmçinin bütün ölkələrin hədəf fondlarının apreldə Lionda keçiriləcək sammitdə birləşdirilməsi effektiv çoxtərəfli əməkdaşlığın müdafiəsində əsas məqam olacaq", - o deyib.

Makron Fransanın beynəlxalq gündəliyində səhiyyə məsələlərinə xüsusi diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.

2025-ci ildə ABŞ Prezidenti Donald Tramp ölkəsinin BMT sistemi çərçivəsində bir sıra təşkilatlardan, o cümlədən ÜST, YUNESKO, BMT İnsan Hüquqları Şurası və Fələstin qaçqınlarına yardım və işlərin təşkili üzrə BMT Yaxın Şərq Agentliyindən (BAPOR) çıxacağını və onların maliyyələşdirilməsini dayandıracağını elan etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM