satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

Milli Məclisin sədri Sahibə Qafarova ilə Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova arasında telefon danışığı olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, telefon danışığı zamanı regionda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Natalya Koçanova Naxçıvan Muxtar Respublikasına qarşı İran tərəfindən həyata keçirilmiş dron hücumlarından narahatlığını ifadə edib, bu hücum zamanı mülki şəxslərin ziyan görməsindən təəssüfləndiyini bildirib və yaralıların tezliklə sağalmasını diləyib.

Telefon danışığı zamanı iki ölkənin parlamentləri arasında dialoq və qarşılıqlı fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM