satellite   Azerspace-1: 11135 H 30000

Çinin innovasiyayönümlü investisiyaları ilə ölkəmizdə birgə layihələrin icrası üçün geniş imkanlar var

Çinin innovasiyayönümlü investisiyaları ilə ölkəmizdə birgə layihələrin icrası üçün geniş imkanlar var

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Powerchina Resources Ltd” şirkətinin icraçı vitse-prezidenti Hi Şiyou ilə görüşüb.

Nazirlikdən NTV-yə  bildirilib ki, Azərbaycan iqtisadiyyatının diversifikasiya, innovasiya və transformasiyaya sadiqliyi investorlar üçün əlverişli biznes mühiti yaradır. Bu baxımdan, Çinin innovasiyayönümlü investisiyaları ilə ölkəmizdə birgə layihələrin icrası üçün geniş imkanlar var.

Görüş çərçivəsində "SOCAR Green" ilə birgə fəaliyyət çərçivəsində Hacıqabul rayonunda həyata keçirilən günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti və növbəti addımlar müzakirə olunub.

Bununla yanaşı, enerji sektoru, xüsusilə bərpa olunan enerji sahəsində potensial investisiya layihələrində iştirak imkanları barədə fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM