satellite   Azerspace-1: 11135 H 30000

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib - FOTOLAR

Əli Əsədov BP-nin nümayəndə heyəti ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib<font color=red> - FOTOLAR</font> Əli Əsədov BP-nin nümayəndə heyəti ilə əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib<font color=red> - FOTOLAR</font>

Baş naziri Əli Əsədov BP şirkətinin yeni Baş icraçı direktoru Meq Onilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı tərəflər Azərbaycan ilə BP arasında mövcud olan uzunmüddətli və səmərəli tərəfdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.

Qarşılıqlı faydalı əməkdaşlığın M.Onilin fəaliyyəti dövründə daha da genişlənəcəyinə və yeni layihələrlə zənginləşəcəyinə ümidvarlıq ifadə olunub.

BP-nin Azərbaycanda həyata keçirdiyi layihələrin ölkənin enerji sektorunun inkişafında rolu vurğulanıb, əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM