satellite   Azerspace-1: 11135 H 30000

Albaniya rəsmisi: Bakı İlham Əliyevin liderliyi ilə dialoq və ideyalar üçün qlobal platformaya çevrilib

Albaniya rəsmisi: Bakı İlham Əliyevin liderliyi ilə dialoq və ideyalar üçün qlobal platformaya çevrilib

Bakı Prezident İlham Əliyevin liderliyi altında dünyanın ən mühüm əlaqəlilik, dialoq və uzaqgörən ambisiya mərkəzlərindən birinə çevrilmiş şəhərdir.

NTV  xəbər verir ki, bunu Albaniya Baş nazirinin müavini Albana Koçiu WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, Bakıda olmaq böyük şərəfdir:

"Bakı təkcə enerji əlaqəliliyi mərkəzi deyil, o, həmçinin dialoq və ideyalar üçün qlobal platformaya çevrilib. Bakı prosesi və Bakı Beynəlxalq Dialoq Forumu sayəsində, COP29, sülh və bərpa naminə iqlim tədbirlərinə Bakı çağırışı, Bakı adaptasiya yol xəritəsi, iqlim davamlılığı üçün insan inkişafına dair Bakı təşəbbüsü sayəsində bu şəhər dövrümüzün ən aktual müzakirələrinin - sülh, iqlim, insan inkişafı və davamlılığın - mərkəzində yer alıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM