satellite   Azerspace-1: 11135 H 30000

Pakistan nümayəndəsi: WUF13 mühüm nəticələrlə yadda qalacaq

Pakistan nümayəndəsi: WUF13 mühüm nəticələrlə yadda qalacaq

WUF13 dünya miqyasında keçirilən ən vacib tədbirlərdən biri hesab olunur. Urbanizasiya çağırışları özündə bir çox məsələləri birləşdirir: iqlim dəyişikliyi, şəhərsalma və digər problemləri.

Pakistan kimi inkişaf etməkdə olan ölkələr üçün bu çağırışların həlli yollarını tapmaq və digər ölkələrin təcrübəsini öyrənmək olduqca vacibdir. Bu baxımdan, tədbir şəhərlərin dayanıqlığını təmin etməsinə böyük töhfə verə bilər.

Bu fikirləri NTV-yə  açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistanın Pəncab vilayətinin Mənzil və Şəhərsalma Agentliyinin baş direktoru Sikander Zişan bildirib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif tərəfləri bir araya gətirərək şəhərsalma problemlərinin həllinə mühüm töhfə verib. “Azərbaycan hökumətinin bu səyləri təqdirəlayiqdir. Əgər bu təcrübə davam etdirilsə, dayanıqlı və yaşamaq üçün əlverişli şəhərlərin qurulmasına nail ola bilərik. İnanıram ki, WUF13 mühüm nəticələrlə yadda qalacaq”, – deyə o əlavə edib.

O, həmçinin qeyd edib ki, Pakistan kimi sıx məskunlaşmış ölkə üçün yaşıl enerji və ətraf mühit dayanıqlı şəhərsalmanın ən vacib sütunlarındandır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM