satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Rusiya XİN əcnəbiləri Kiyevi tərk etməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, ölkənin silahlı qüvvələri Kiyevdə Ukraynanın hərbi-sənaye kompleksi müəssisələrinə, eləcə də qərarların qəbul edildiyi mərkəzlərə və komanda məntəqələrinə sistemli zərbələr endirməyə başlayıb.

NTV xəbər verir ki, bununla bağlı bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Sənəddə bildirilir ki, pilotsuz uçuş aparatlarının layihələndirilməsi, istehsalı, proqramlaşdırılması və istifadəyə hazırlanması ilə bağlı obyektlərə zərbələr endiriləcək.

Rusiya Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları da daxil olmaqla xarici vətəndaşlara Kiyevi mümkün qədər tez tərk etməyi tövsiyə edib. Ukrayna paytaxtının sakinlərinə isə hərbi və inzibati infrastruktur obyektlərinə yaxınlaşmamaq tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM