Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib.
NTV xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.
Baş nazir təbrikdə müsəlmanlarla əsrlər boyu davam edən birgəyaşayış, bir-birinin adət-ənənələrinə və mədəniyyətinə hörmətdən bəhs edib.
“Müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı yardım və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm”, - deyə Kobaxidze bildirib.
Baş nazir daha sonra əlavə edib: “Bu gün ailələrinizdə hökm sürən bayram əhvali-ruhiyyəsinə qoşuluram və hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram”.
