satellite   Azerspace-1: 11135 H 30000

Boçorişvili: Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığı indi daha böyük əhəmiyyət kəsb edir

Boçorişvili: Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığı indi daha böyük əhəmiyyət kəsb edir

"Bölgəmizdə Gürcüstan-Türkiyə-Azərbaycan formatında uğurlu əməkdaşlığın nümunəsi var. Ölkələr arasında onilliklər ərzində qurulan strateji tərəfdaşlıq bu gün təhlükəsizlik baxımından daha da böyük əhəmiyyət kəsb edir".

NTV xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Türkiyədə keçirilən "Müttəffiqlər Ankarada" (“Allies in Ankara”) forumunda panel müzakirəsində deyib.

Onun sözlərinə görə, üç ölkə arasında birgə həyata keçirilən enerji layihələri və nəqliyyat dəhlizləri bu gün tamamilə fərqli əhəmiyyət kəsb edir.

XİN başçısı mövcud geosiyasi kontekstə Cənubi Qafqazın və Qara dəniz regionunun strateji əhəmiyyətinin artırdığını vurğulayıb.

"Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verənlər nəzərə alınmaqla, Qara dəniz bölgəsinə, Cənubi Qafqaza və Gürcüstana münasibət dəyişir”, - Boçorişvili əlavə edib.

Nazir, mühüm geoiqtisadi və geosiyasi məkanı təmsil edən Orta Dəhlizin artan rolunu da qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM