satellite   Azerspace-1: 11135 H 30000

ABŞ səfirliyi Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib

ABŞ səfirliyi Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib

ABŞ-nin Bakıdakı səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ilə sıx əməkdaşlığı, eləcə də azərbaycanlı diplomatların öz işinə sadiqliyini və peşəkarlığını yüksək qiymətləndirir.

NTV xəbər verir ki, bu barədə diplomatik missiyanın Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycanın diplomatik xidmətində çalışan bütün dostlarımızı və həmkarlarımızı səmimi-qəlbdən təbrik edir. Səfirlik Azərbaycan XİN ilə sıx əməkdaşlığımızı yüksək qiymətləndirir və beynəlxalq dialoqun inkişafına, ABŞ və dünyanın müxtəlif ölkələri ilə tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdikləri mühüm töhfəyə görə Azərbaycan diplomatlarının peşəkarlığını, fədakarlığını və yüksək məsuliyyət hissini böyük ehtiramla qeyd edir. Azərbaycanın diplomatik xidmət orqanlarının bütün əməkdaşlarına məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayır, ABŞ ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi naminə əməkdaşlığımızın davam edəcəyinə inanırıq.", - paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM