satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - FOTOLAR

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib<font color=red> - FOTOLAR</font> Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Əziz Əliyev prospektində (Naxçıvan Perinatal Mərkəzin qarşısında) qeydə alınıb. Məhəmməd Hüseynovun idarə etdiyi 67-BJ-915 dövlət nömrəli nişanlı "Ravon Nexia" markalı avtomobil yolu keçən Babək rayon Didivar kənd sakini, 1989-cu il təvəllüdlü Əliyev Elvin Mübariz oğlunu vurub. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. E.Əliyevin hər iki ayağı qırılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM