satellite   Azerspace-1: 11135 H 30000

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Şabranda yol qəzasında 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Naxçıvan televiziyası-ın məlumatına görə, “Shacman” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı 30 yaşlı Vahid Əmirli hadisə yerində ölüb. Paytaxt sakinləri, 36 yaşlı Pəri Vəliyeva, 29 yaşlı Seyidağa Səmədov və 40 yaşlı İlqar Abdullayev müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Şabran Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM