satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 500-dən artıq taksi sürücüsü təlimlərə cəlb olunub

Naxçıvanda 500-dən artıq taksi sürücüsü təlimlərə cəlb olunub

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi muxtar respublikada “Taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın keçirilməsi Qaydası”na uyğun olaraq təlimlər keçirir. 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, təlimlərə 500-dən artıq taksi minik avtomobil sürücüsü cəlb olunub.

Qeyd edək ki,  tədris zamanı iştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları haqqında ətraflı məlumatlar verilir, habelə yol hərəkəti qaydalarını özündə əks etdirən praktiki məşğələlər keçirilir. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur.

Görülən işlər, həyata keçirilən məqsədyönlü tədbirlər taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə və vətəndaş məmnunluğunun artırılmasına geniş imkanlar yaradacaqdır.                                                                            

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM