“Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi və “Paşa Holdinq”in əməkdaşları Naxçıvanda şəhid ailələrini ziyarət ediblər - VİDEO

“Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi və “Paşa Holdinq”in əməkdaşları Naxçıvanda şəhid ailələrini ziyarət ediblər.

NUHÇIXAN xəbər verir ki, şəhid ailələrini ziyarət zamanı onlarla həmsöhbət olan  “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova qeyd edib ki, dövlətimiz tərəfindən şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq biz də onların yanında olub hər cür kömək göstərməyə çalışırıq. Həmçinin şəhid qəhrəmanlarımızı tanıtmaq, onların döyüş yolunu təbliğ etmək, gənclər arasında belə qəhrəmanların əməllərini yaşatmaq, onların xatirəsini daim uca tutmaq da əsas amalımızdır.

Sonra “Naxçıvan qaziləri” İctimai Birliyində görüş olub. Birliyin sədr müavini Əli Əlisoy qeyd edib ki, məqsədimiz qazilərə, şəhid ailələrinə, müharibə veteranlarına kömək etmək, mənəvi dayaq durmaqdır.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların, eləcə də şəhid ailələrinin təminatına dəstək olaraq yaradılan “YAŞAT” Fondu daim bu kateqoriyadan olan insanların yanındadır. Fondun Himayəçilər Şurasının üzvü olduğunu diqqətə çatdıran Sevinc Orucova şəhid ailələrinin problemlərinin həlli, şəhid övladlarına, vərəsələrinə dayanıqlı  dəstək proqramlarının işlənib hazırlanması istiqamətində görülən işlərdən bəhs edib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM